“CanSat Azərbaycan 2023” model peyk müsabiqəsinə qeydiyyat başa çatdı

Azərbaycan Respublikasının Kosmik Agentliyi - Azərkosmos və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “CanSat Azərbaycan 2023” model peyk müsabiqəsinə üçün ümumilikdə 14 təhsil müəssisəsindən 42 komanda qeydiyyatdan keçib. Komandaların tərkibi əsasən elektronika, mexanika, proqramlaşdırma və kommunikasiya üzrə bakalavr və magistr pilləsində təhsil alan tələbələrdən ibarətdir.

“Layihələndirmə” mərhələsində iştirak hüququ qazanan komandalar haqqında məlumat isə tezliklə elan ediləcəkdir.