"Reallaşdırma" mərhələsinin sonuna qalan vaxt

Layihə haqqında

“CanSat Azərbaycan” müsabiqəsi ali təhsil müəssisələrinin tələbələri arasında kosmik sahəyə marağın artırılması, bu sahədə fundamental bilik və bacarıqlar formalaşdıraraq yerli kadrların yetişdirilməsi məqsədilə təşkil edilir. Müsabiqədə gənclərin qarşısına qoyulan tapşırıqlar elektronika, mexanika və proqramlaşdırma kimi mühəndislik istiqamətləri üzrə nəzəri biliklərin əldə olunub təcrübədə tətbiqi və təkmilləşdirilməsinə şərait yaradır. 

Müsabiqənin şərtlərinə əsasən, komandalar tərəfindən kiçik peyk modeli hazırlanır. Model müəyyən edilmiş hündürlükdən buraxıldıqdan sonra yerə enərkən təyin olunmuş missiyanı yerinə yetirir.

Builki missiya və digər məqamlarla bağlı ətraflı məlumatlar ilə Sənədlər səhifəsində tanış ola bilərsiniz. 

0

Universitet

0

Komanda

0

Tələbə

28 Noyabr 2022

16 Yanvar 2023

15 mart 2023

4 iyul 2023

Müraciət və qeydiyyat mərhələsiMüsabiqədə iştirak etmək istəyən komandalar cansat.az vebsaytı vasitəsilə qeydiyyatdan keçməlidirlər. Qeydiyyat zamanı komandanın iştirakçıları və nümayəndəsi barədə məlumat verilməli, həmçinin komandanın iştirakını təsdiq edən sənəd universitet tərəfindən imza və möhürlə təsdiq olunub təşkilatçılara təqdim edilməlidir. Müraciət üçün qeydiyyat 15 yanvar 2023-cü il tarixində bitir.

Layihələndirmə mərhələsiBu mərhələdə komandalar model peykin eskiz layihəsini, hissə və mexanizmlərinin ilkin ölçülərini, istifadə olunacaq komponentlər barədə məlumatları təşkilatçılar tərəfindən verilmiş nümunə əsasında hazırlamalı və 5 mart 2023-cü il tarixindən gec olmayaraq cansat.az vebsaytına yükləməlidirlər.

Reallaşdırma mərhələsiBu mərhələdə komandalar hazırladıqları model peykin və onun hissələrinin görüntüləri, layihələndirmə mərhələsindən sonrakı dəyişikliklər və keçirdikləri sınaq nəticələrini tələb olunan digər materiallar ilə birlikdə 31 may 2023-cü il tarixinə qədər şablon nümunədə hazırlanmış hesabat formasında cansat.az vebsaytına yükləməlidirlər.

Uçuş öncəsi yoxlamalar və uçuş mərhələsiSon mərhələdə komandalar tərəfindən hazırlanan modellər təşkilatçılar tərəfindən yoxlanılır, onların uçuşa buraxılmazdan əvvəlki vəziyyəti təyin edilir. Yoxlamadan uğurla keçdikləri halda missiyanı həyata keçirmək üçün daşıyıcı vasitəsilə modellərin havaya buraxılması təmin olunur.