"CanSat Azərbaycan 2023" müsabiqəsinin “Layihələndirmə” mərhələsinə start verilir

"CanSat Azərbaycan 2023" müsabiqəsinin “Layihələndirmə” mərhələsi başlamışdır.

Bu mərhələdə iştirak hüququ qazanan 32 komanda model peykin eskiz layihəsini, hissə və mexanizmlərinin ilkin ölçülərini, istifadə olunacaq komponentlər barədə məlumatları saytın "Sənədlər" bölməsində yerləşdirilmiş “Layihələndirmə sənədinin şablonu” əsasında hazırlamalı və 5 mart 2023-cü il tarixindən gec olmayaraq hesablarına daxil olmaqla sayta yükləməlidirlər.

Növbəti mərhələyə keçid alan komandaların siyahısı ilə buradan tanış ola bilərsiniz.