Müsabiqə iştirakçıları üçün info sessiya keçirilib

9 fevral 2023-cü il tarixində "CanSat Azərbaycan 2023" müsabiqəsinin iştirakçı komandaları ilə info sessiya formatında onlayn görüş keçirilib. Görüş zamanı tələbələrin sualları cavablandırılıb, onlara müsabiqənin "Layihələndirmə" mərhələsində uğurlu nəticə göstərmək üçün məsləhətlər verilib. 

Xatırladaq ki, komandalar bu mərhələdə model peykin eskiz layihəsini, hissə və mexanizmlərinin ilkin ölçülərini, istifadə olunacaq komponentlər barədə məlumatları təşkilatçılar tərəfindən verilmiş nümunə əsasında hazırlamalı və 5 mart 2023-cü il tarixindən gec olmayaraq, cansat.az vebsaytına yükləməlidirlər.