"CanSat Azərbaycan 2023" müsabiqəsinin “Layihələndirmə” mərhələsi başa çatıb

"CanSat Azərbaycan 2023" müsabiqəsinin Layihələndirmə mərhələsi başa çatmışdır. 

Bu mərhələdə iştirak hüququ qazanmış 32 komandadan 23-ü model peyklərinin eskiz layihəsini və digər təfərrüatları hesabat şəklində təqdim etmişdir. Müvafiq qiymətləndirmələr aparıldıqdan sonra növbəti, yəni "Reallaşdırma" mərhələsinə keçid alan iştirakçı komandalar barədə məlumatları sizinlə bölüşəcəyik.