"CanSat Azərbaycan 2023" müsabiqəsinin “Reallaşdırma” mərhələsinə start verilir

10 ali təhsil müəssisəsindən ümumilikdə 76 komandadan təşkil olunmuş 15 komanda "CanSat Azərbaycan 2023" model peyk müsabiqəsinin "Layihələndirmə" mərhələsini uğurla tamamlayaraq növbəti, yəni "Reallaşdırma" mərhələsində iştirak etmək hüququ qazanmışdır. 

Beləliklə, müsabiqənin "Reallaşdırma" mərhələsinə start verilir. Bu mərhələdə komandalar hazırladıqları model peykin və onun hissələrinin görüntüləri, layihələndirmə mərhələsindən sonrakı dəyişikliklər və keçirdikləri sınaq nəticələrini tələb olunan digər materiallar ilə birlikdə 31 may 2023-cü il tarixinədək şablon nümunədə hazırlanmış hesabat formasında "cansat.az" vebsaytına yükləməlidirlər. "Reallaşdırma" mərhələsinin nəticələri ekspert komissiyası tərəfindən vebsayta yüklənən hesabat sənədləri və komandaların təqdimatı əsasında qiymətləndiriləcəkdir.

Bu mərhələdə rəqabət aparacaq komandaların tam siyahısı ilə buradan tanış ola bilərsiniz.