Müsabiqə iştirakçıları üçün növbəti info sessiya keçirilib

17 mart tarixində "CanSat Azərbaycan 2023" müsabiqəsinin "Reallaşdırma" mərhələsində iştirak hüququ qazanmış komandalar üçün onlayn info sessiya keçirilib. Sessiya zamanı tələbələrin sualları cavablandırılıb, onlara növbəti mərhələdə uğur qazanmaq üçün məsləhətlər verilib.

Xatırladaq ki, bu mərhələdə komandalar hazırladıqları hazırladıqları model peykin və onun hissələrinin görüntüləri, layihələndirmə mərhələsindən sonrakı dəyişikliklər və keçirdikləri sınaq nəticələrini tələb olunan digər materiallar ilə birlikdə 31 may 2023-cü il tarixinədək şablon nümunədə hazırlanmış hesabat formasında "cansat.az" vebsaytına yükləməlidirlər. "Reallaşdırma" mərhələsinin nəticələri ekspert komissiyası tərəfindən vebsayta yüklənən hesabat sənədləri və komandaların təqdimatı əsasında qiymətləndiriləcəkdir.