"Uçuş öncəsi yoxlamalar və uçuş mərhələsi"nin iştirakçıları

"CanSat Azərbaycan 2023" tələbə model peyk müsabiqəsinin final mərhələsinə keçid alan komandalar bəlli olub. 

8 komanda iştirakçıları 4 iyul tarixində keçiriləcək "Uçuş öncəsi yoxlamalar və uçuş mərhələsi"ndə yekun işlərini təqdim edəcək və qaliblər müəyyənləşəcək. 

Son mərhələdə rəqabət aparacaq komandaların tam siyahısı buradadır.